Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Hindistanda keçirilən “Böyük iyirmilik” (G20) sammiti çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşü olub.
Bizim.Media Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə görüş zamanı ikitərəfli münasibətlər, əməkdaşlığın inkişafı üçün gələcək addımlar, o cümlədən aktual regional və qlobal problemlər müzakirə olunub.
Görüşdə Türkiyə xarici işlər naziri Hakan Fidan, Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın, Prezident Administrasiyası yanında Kommunikasiya şöbəsinin müdiri Fəxrəddin Altun və başqaları iştirak edib.
Qeyd edək ki, görüş mətbuata qapalı şəraitdə keçirilib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
02:33 / 10.09.2023
Ərdoğan BƏƏ lideri ilə aktual regional və qlobal problemləri MÜZAKİRƏ ETDİ
Hazırda oxunan: Ərdoğan BƏƏ lideri ilə aktual regional və qlobal problemləri MÜZAKİRƏ ETDİ
Hazırda oxunan: Ərdoğan BƏƏ lideri ilə aktual regional və qlobal problemləri MÜZAKİRƏ ETDİ
154456
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.