Kaliforniya və Meksikada güclü zəlzələ olub

Kaliforniya və Meksikada güclü zəlzələ olub

Hazırda oxunan: Kaliforniya və Meksikada güclü zəlzələ olub

154330

ABŞ-ın Kaliforniya ştatında 5 maqnitudalı zəlzələ olub. 

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb. 

Məlumata görə, yeraltı təkanların ocağı "Fall River Mills" yaşayış massivindən 11,5 km qərbdə olub. Zəlzələ yerin 14,8 km dərinliyində hiss edilib. 

Qeyd edilib ki, Kaliforniya ilə yanaşı, Meksikada da 5,6 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri təxminən 130 min nəfər əhalisi olan Manzanillo şəhərindən 80 km şimal-qərbdə yerləşib.  
Hər iki ölkədə baş verən zəlzələdə tələfat və dağıntılar barədə məlumat verilməyib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO