Fransa Dövlət Şurası məktəblərdə müsəlman paltarının geyinilməsinə qadağa qoyub.
Bizim.Media xəbər verir ki, bu barədə Fransa hökumət agentliyinin saytında məlumat verilib.
Belə ki, məlumatda “Action Droits des Musulmans” (Müsəlman Hüquqlarının Müdafiəsi) dərnəyinin qadağanın rədd edilməsi tələbinə cavab dərc edib:
“Birliyin verdiyi təcili müraciətə baxaraq, Dövlət Şurasının hakimi dövlət məktəblərində, kollec və liseylərdə abaya və ya kami geyinməyə qadağa qoyulmasına etirazı rədd etdi. Hakim qərara aldı ki, bu cür geyimlərin geyinilməsinə qoyulan qadağa fundamental azadlıqların ciddi və ya qanunsuz şəkildə pozulması hesab edilmir”.
Xatırladaq ki, daha əvvəl Fransanın ədliyyə naziri Erik Düpon-Moretti prokurorları məktəbdə dünyəvilik prinsipinin pozulmasına və dini mənsubiyyətin nümayiş etdirilməsinə görə cəzalandırmağa çağırmışdı.
Bizim.Media
- A-
- A
- A+
Dünya
08:57 / 08.09.2023
Fransa məktəblərində müsəlman geyimləri QADAĞAN EDİLDİ
Hazırda oxunan: Fransa məktəblərində müsəlman geyimləri QADAĞAN EDİLDİ
Hazırda oxunan: Fransa məktəblərində müsəlman geyimləri QADAĞAN EDİLDİ
154181
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.