ABŞ dövlət katibi Entoni Blinken və Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə Kiyevdə "McDonald's" restoranında olublar.
Bizim.Media xəbər verir ki, hər iki ölkənin baş diplomatları birgə qəlyanaltı ediblər.
Blinken qızardılmış kartof, Kuleba isə albalı piroqu sifariş edib.
Söhbət zamanı ukraynalı nazir "McDonald's" haqqındakı xatirələrini Blinkenə danışıb.
"Mən tələbə olanda spirtli içkidən sonrakı anlaqsız vəziyyətimdə səhər yeməklərimi "McDonald's" restoranlarında yeyirdim.
Təbii ki, bu nadir hallarda baş verirdi. Bir dəfə ikiqat çizburger, böyük bir “Coca Cola” aldım. Bu mənim spirtli içkidən sonrakı anlaqsız vəziyyətimdəki ən yaxşı səhər yeməyi idi", - deyə Kuleba bildirib.
Dövlət katibi onun bu sözlərinə gülümsəyərək bildirib ki, onda heç vaxt belə bir şey olmayıb.
- A-
- A
- A+
Dünya
09:24 / 07.09.2023
Blinken Kiyevdə "McDonald's" restoranında qızardılmış kartof yedi - VİDEO
Hazırda oxunan: Blinken Kiyevdə "McDonald's" restoranında qızardılmış kartof yedi - VİDEO
Hazırda oxunan: Blinken Kiyevdə "McDonald's" restoranında qızardılmış kartof yedi - VİDEO
154024
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.