Ermənistan parlamentinin spikeri Alen Simonyan son günlər Ermənistan-Rusiya münasibətlərində müşahidə olunan gərgin vəziyyət barədə “news.am”a müsahibə verib.
Bizim.Media xəbər verir ki, o ölkələr arasında yaranmış vəziyyətin gərginlik olmadığını qeyd edib:
“Mən buna gərginlik deməzdim, sualların olduğu, dəqiq cavabların olmadığı bir vəziyyət adlandırardım”.
Simonyan Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarovanın ötən gün onun açıqlamarını “kobudluğa bənzəyən bir şey” adlandırmasına da cavab verib.
“Mən hansısa departamentin hansısa katibəsinə cavab vermək fikrində deyiləm. Bu, mənim səviyyəmə uyğun deyil. Bunun üçün Xarici İşlər Nazirliyi var, onlar da cavab versinlər”, - deyə Simonyan qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
21:00 / 06.09.2023
Simonyan Zaxarovanı “departamentin hansısa katibəsi” ADLANDIRDI
Hazırda oxunan: Simonyan Zaxarovanı “departamentin hansısa katibəsi” ADLANDIRDI
Hazırda oxunan: Simonyan Zaxarovanı “departamentin hansısa katibəsi” ADLANDIRDI
153990
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.