Britaniya “Vaqner”i terror təşkilatı kimi tanıyacaq

Britaniya “Vaqner”i terror təşkilatı kimi tanıyacaq

Hazırda oxunan: Britaniya “Vaqner”i terror təşkilatı kimi tanıyacaq

153956

Birləşmiş Krallıq "Vaqner"i "terror təşkilatı" elan etməyə hazırlaşır. 

Bizim.Media xəbər verir ki, parlamentə təqdim edilməsi gözlənilən qanun layihəsi “Vaqner” özəl hərbi şirkətinin aktivlərinə həbs qoyulmasına da imkan verəcək. 

Bununla da, "Vaqner"ə qoşulmaq və ya dəstəkləmək cinayət sayılacaq. Birləşmiş Krallığın daxili işlər naziri Suella Braverman "Vaqner"in Afrika və Ukraynadakı fəaliyyətini  qlobal təhlükəsizliyə zidd hesab edib. 
O, şirkətin fəaliyyətini  Kremlin birbaşa siyasi maraqlarına xidmət etdiyini vurğulayıb. 

Qanun qəbul edildikdən sonra "Vaqner"i dəstəkləyənləri 14 ilə qədər həbs və ya 5000 funt-sterlinq cərimə gözləyə bilər.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO