Kiyevə ballistik raketlərlə hücum edildi

Kiyevə ballistik raketlərlə hücum edildi

Hazırda oxunan: Kiyevə ballistik raketlərlə hücum edildi

153838

Rusiya silahlı qüvvələri sentyabrın 6-da səhər tezdən Kiyevə raket zərbələri endirib.

Bizim.Media xəbər verir ki, səhər saatlarından başlayaraq Kiyevdə hava həyəcanı siqnalı çalınıb, bundan sonra partlayış səsləri eşidilməyə başlayıb.

Kiyev şəhər Hərbi Administrasiyasının yaydığı məlumata görə, Rusiyanın atdığı raketlər hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib.

"Düşmənin dinc şəhərə növbəti raket hücumu həyata keçirilib. Yenə də hücum sadə deyil, birləşmiş xarakter daşıyır. Əvvəlcə, Rusiya Federasiyasının Saratov vilayətindən Tu-95MS strateji aviasiya təyyarələrindən X-101/555/55 tipli qanadlı raketlər atılıb. Sonra Kiyevə fərqli tipli, ehtimal ki, ballistik raketlər buraxılıb”, - məlumatda bildirilir.

İlkin məlumatlara görə, Kiyevdə tələfat və dağıntı yoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO