Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında Soçidə baş tutan görüşdə Cənubi Qafqaz regionundakı vəziyyət müzakirə edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Ərdoğan Putinlə danışıqların yekunlarına dair birgə keçirdiyi mətbuat konfransında məlumat verib.
Görüşdə Suriyada və Cənubi Qafqazda vəziyyətin müzakirə olunduğunu vurğulayan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın Şimali Kiprdə ofis açmasından məmnunluğunu ifadə edib.
Prezident bildirib ki, Türkiyə regionda sülhə nail olunması üçün bundan sonra da səylərini davam etdirəcək, Rusiya-Ukrayna münaqişəsinin həllinə öz töhfəsini verəcək.
Rəcəb Tayyib Ərdoğan Türkiyənin Rusiya ilə sıx əlaqələrinin bundan sonra da regional problemlərin həllinə töhfə verəcəyini deyib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
20:06 / 04.09.2023
Ərdoğanla Putinin görüşündə Cənubi Qafqazdakı vəziyyət də MÜZAKİRƏ EDİLİB
Hazırda oxunan: Ərdoğanla Putinin görüşündə Cənubi Qafqazdakı vəziyyət də MÜZAKİRƏ EDİLİB
Hazırda oxunan: Ərdoğanla Putinin görüşündə Cənubi Qafqazdakı vəziyyət də MÜZAKİRƏ EDİLİB
153641
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.