Ərdoğan Rusiyaya təşəkkür etdi - VİDEO

Ərdoğan Rusiyaya təşəkkür etdi - VİDEO

Hazırda oxunan: Ərdoğan Rusiyaya təşəkkür etdi - VİDEO

153591

Xəbər verdiyimiz kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidə Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Türkiyə lideri görüşdə bəzi açıqlamalar verib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı rus mətbuatı yayıb.

Ərdoğan qeyd edib ki, Rusiya meşə yanğınları ilə mübarizə üçün Türkiyəyə əlavə amfibiya təyyarələri göndərəcək.

Onun sözlərinə görə, Türkiyə və Rusiya 100 milyard dollarlıq ticarət dövriyyəsinə nail olmağı hədəfləyir:

"Türkiyə və Rusiya Mərkəzi Banklarının rəhbərləri milli valyutalarda hesablaşmaların müzakirəsi üçün danışıqlar aparmağı planlaşdırır".

Türkiyə Prezidenti qeyd edib ki, Akkuyu atom elektrik stansiyasının tikintisi layihəsi uğurla davam edir:

"Qaz qovşağının yaradılması Rusiya ilə Türkiyə arasında münasibətlərin möhkəmlənməsinə kömək edəcək".
 


Bizim.Media
Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO