Ukraynanın yeni müdafiə naziri milliyətcə Krım tatarıdır - DOSYE

Ukraynanın yeni müdafiə naziri milliyətcə Krım tatarıdır - DOSYE

Hazırda oxunan: Ukraynanın yeni müdafiə naziri milliyətcə Krım tatarıdır - DOSYE

153498

Xəbər verdiyimiz kimi, Ukrayna prezidenti Volodimir Zelenski müdafiə naziri Aleksey Reznikovu istefaya göndərib. Onun yerinə Ukrayna Dövlət Əmlak Fondunun rəhbəri Rüstəm Umerov təyin ediləcək.

Bizim.Media xatırladır ki, Rustem Enveroviç Umerov 2022-ci il sentyabrın 7-dən Ukraynanın Dövlət Əmlak Fondunun rəhbəri vəzifəsində çalışıb. O, 2019-2022-cu illərdə Ali Radanın deputatı olub. 
 

MÖVZU İLƏ BAĞLI:

Zelenski müdafiə naziri Reznikovu istefaya göndərdi - VİDEO


Rüstəm Umerov 19 aprel 1982-ci ildə Səmərqənddə (Özbəkistan) mühacir ailəsində doğulub. Ancaq söykökü Aluştadandır (Krım, Ukrayna). Etnik Krım tatarı və müsəlmandır.

1944-cü il mayın 18-də Umerovlar ailəsi bütün Krım tatar xalqı ilə birlikdə tarixi vətəni Krımdan Sibir və Orta Asiyaya zorla deportasiya edilib.

50 illik sürgündə deportasiyadan və ötən əsrin səksəninci illərinin sonu, 90-cı illərinin əvvəllərində Krım tatarlarının repatriasiyasına başlandıqdan sonra Umerovlar ailəsi Krımındakı tarixi vətənlərinə qayıda bilib.

Rüstəm Umerov Krım internat məktəbini bitirib. ABŞ-da Gələcək Liderlərin Mübadilə Proqramının (FLEX) təqaüdçüsü olub.

O, Milli İdarəetmə Akademiyasında iqtisadiyyat üzrə bakalavr və maliyyə üzrə magistr dərəcəsi alıb.

Krım tatar xalqının lideri Mustafa Cemilevin müşaviri olub.

2020-ci ildə Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Krım və Sevastopolun işğaldan azad edilməsi üzrə dövlət strategiyasının hazırlanması üzrə qrupa qoşulub.

2022-ci ilin iyul ayından hərbi vəziyyət dövründə beynəlxalq maddi-texniki yardımın alınmasına və istifadəsinə nəzarət üzrə Müvəqqəti Təhqiqat Komissiyasının sədri seçilib.

2022-ci ilin fevralında o, Ukraynanın təhlükəsizlik zəmanətləri haqqında müqavilə layihəsinin hazırlanması və təsdiqi ilə bağlı Rusiya Federasiyası ilə danışıqlarda iştirak etmək üçün Ukrayna nümayəndə heyətinə qoşulub.

Ailəlidir, üç övladı var.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO