Zelenski müdafiə naziri Reznikovu istefaya göndərdi - VİDEO

Zelenski müdafiə naziri Reznikovu istefaya göndərdi - VİDEO

Hazırda oxunan: Zelenski müdafiə naziri Reznikovu istefaya göndərdi - VİDEO

153497

Ukrayna prezidenti Volodimir Zelenski müdafiə naziri Aleksey Reznikovu istefaya göndərib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Zelenski yayıb.

"Bu həftə parlamentə də kadr qərarının verilməsi ilə tələb göndəriləcək. Mən indi bunu qeyd etmək istəyirəm. Ukraynanın müdafiə nazirini dəyişməyə qərar verdim.

Aleksey Reznikov 550 gündən çox genişmiqyaslı müharibədən keçdi. Hesab edirəm ki, nazirliyin həm ordu ilə, həm də bütövlükdə cəmiyyətlə yeni yanaşmalara və digər qarşılıqlı fəaliyyət formatlarına ehtiyacı var.
İndi nazirliyə Rüstəm Umerov (Ukrayna Dövlət Əmlak Fondunun rəhbəri) rəhbərlik etməlidir. Ukrayna Ali Radası bu adamı yaxşı tanıyır və cənab Umerovun əlavə təqdimata ehtiyacı yoxdur. Mən parlamentin bu namizədliyi dəstəkləyəcəyini gözləyirəm. Payız güclənmə vaxtıdır”, - deyə videomüraciətində bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO