Sentyabrın 2-də axşam saatlarında rus zabitlərinin istirahət etməyi xoşladıqları Zaporojye vilayətinin işğalda olan Konskiye Rozdorı kəndindəki kafedə partlayış baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Melitopol meri İvan Fedorov yayıb.
Merin sözlərinə görə, Rusiya ordusunun sursatları kafenin zirzəmisində saxlanılır:
“Bu baxımdan kafedə bir saat yarımdan çox partlayış olub. Alov ruslara məxsus iki “KamAZ” markalı yük maşınına və əməkdaşların avtomobilinə yayılıb”.
Bizim.Media