Bu gün bloklanmış daha iki gəmi Odessa vilayətinin Yujnı limanını tərk edib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna İcmalar, Ərazilərin İnkişafı və İnfrastruktur Nazirliyi məlumat yayıb.
Məlumata görə, gəmilər Bosfor istiqamətində müvəqqəti dəhlizlə yola düşüblər. “ANNA-THERESA” (Liberiya bayrağı) və “OCEAN COURTESY” (Marşal adaları) adlı yük gəmilərinin göyərtəsində - 56 min ton çuqun və 172 min ton dəmir filizi konsentratı var.
Bildirilib ki, hər iki gəmi Sinqapur gəmiçilik şirkəti tərəfindən idarə olunur və Yujnı limanına Rusiya Federasiyasının tammiqyaslı işğalından əvvəl gəliblər.
Bizim.Media
- A-
- A
- A+
Dünya
18:47 / 01.09.2023
Bloklanmış daha iki gəmi Odessadan YOLA DÜŞÜB
Hazırda oxunan: Bloklanmış daha iki gəmi Odessadan YOLA DÜŞÜB
Hazırda oxunan: Bloklanmış daha iki gəmi Odessadan YOLA DÜŞÜB
153237
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.