Xəbər verdiyimiz kimi Moskvada Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrovla Hakan Fidan arasında görüş keçirilib.
Bizim.Media xəbər verir ki, Hakan Fidan rusiyalı həmkarı ilə danışıqların Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Soçidə keçiriləcək görüşünə hazırlıq olduğunu bildirib.
MÖVZU İLƏ BAĞLI:
"Ərdoğanla Putin sentyabrın 8-də görüşə bilər" - KİV
“Müzakirə etdiyimiz məsələlər iki liderin qarşıdakı görüşünə hazırlıqdır. Biz “Taxıl sazişi”nin bərpası və Ukraynada dinc yolla ədalətli sülhün bərqərar edilməsi məsələlərini müzakirə etdik”, - deyə Fidan qeyd edib.
Bizim.Media