"Bizim bununla heç bir əlaqəmiz yoxdur".
Bizim.Media xəbər verir ki, bu fikirləri Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın "Vaqner" özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin mindiyi təyyarənin qəzaya uğraması ilə bağlı məlumatı şərh edərkən deyib.
"Biz bu situasiyaya qarışmırıq", deyə o, qeyd edib.
Xatırladaq ki, Rusiyanın bir çox politoloq və eksperti təyyarənin vurulmasına görə rəsmi Kiyevi günahlandırıb.
Bizim.Media