Vanqanın uzaqgörənliyi əksər analitiklərin proqnozundan daha real görünür....
Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, bolqar münnəcimin gələcək barədə dedikləri çox vaxt müvafiq hadisələr başlayanda yozula bilir.
MÖVZU İLƏ BAĞLI:
"Dirilər ölülərə həsəd aparacaq" - Vanqadan dəhşətli proqnoz
“Kursk” sualtı qayığı ilə bağlı falçının qeydləri də belə faktlardan biridir.
Vanqa öz qeydlərində avropalılarla müsəlmanların qarşıdurmalarından da çox bəhs edib. Onun öngörmələrinə inansaq, Avropa soyuq və boş olacaq. Sözügedən qitədə kimyəvi, yaxud nüvə silahının istifadəsi də istisna olunmur. Bundan başqa Vanqa deyib ki, XXI əsrdən etibarən Avropada müsəlmanlar hökmranlıq edəcək. Prosesin başlanğıcı kimi Avropaya müsəlman miqrantların axınını göstərmək olar. XXIII əsrdə isə müsəlmanların ağalığından bezən Fransada partizan savaşları start götürəcək.
Vanqadan ən çox soruşulan məsələ isə III Dünya müharibəsinin nə vaxt başlayacağıdır.
Falçının bununla bağlı suallara qısa cavabı olub: “Suriya hələ süquta uğramayıb”
Lakin Suriya və Yaxın Şərqdə baş verənləri analiz edəndə, Bəşər Əsəd dövlətinin faktiki olaraq başqa super güclər arasında bölünmə prosesini izləyəndə Suriyanın süqutunun çox da uzaqda olmadığını anlamaq olur. Bu həm də III Dünya savaşının anonsu anlamına gəlir.
Rus media mənsubları iddia edir ki, Vanqa Rusiyaya bu hadisələrdə xüsusi rolun düşdüyünü söyləyib.
Və guya Kreml III dünya müharibəsində iştirak etməyəcək, əksinə sülhməramlı funksiyasını daşıyacaq. Lakin Rusiyanın Əsəd iqtidarına dəstəyi və Dəməşq maraqları fonunda falçının proqnozu real görünmür.
Həmçinin Vanqa III dünya savaşından sonra Rusiyanın dünya liderlərindən biri olacağını təxmin edib. Falçı digər hegemon dövlətlər kimi Çin, Hindistan və Almaniyanın adını çəkib. Yəni, Vanqa ABŞ və Fransa kimi dövlətləri hegemon qismində qeyd etməyib.
Anar Rəhimov, Bizim.Media