İstanbulda 600 minə yaxın yaşayış yeri şəhərdə zəlzələ olacağı təqdirdə, tamamilə dağılacaq.
Bizim.Media xəbər verir ki, bunu Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişiklikləri Naziri Mehmet Ojaseki “NTV” telekanalında çıxışı zamanı bildirib.
MÖVZU İLƏ BAĞLI:
Seysmoloqdan xəbərdarlıq: “İstanbulda zəlzələ 100 min evi dağıda bilər”
Onun sözlərinə görə, ölkə hakimiyyəti bu məsələdən narahatdır:
"İstanbul bizi qorxudur. İstanbulda zəlzələ ölüm-qalım məsələsi olacaq. Şəhərdə təxminən 6 milyon yaşayış məntəqəsi var, onların 600 mini risk qrupuna daxildir, çünki ilk güclü təkanlarda dağılacaq".
Nazir fevral ayında Türkiyədə baş verən zəlzələni Anadolu sivilizasiyasının min illik tarixinin ən böyük fəlakəti adlandırıb. Onun sözlərinə görə, yeraltı təkanlar nəticəsində respublikanın 18 vilayətində 680 min yaşayış binası dağılıb.
Bizim.Media