Ursula von der Leyen Zelenski ilə görüşdü

Ursula von der Leyen Zelenski ilə görüşdü

Hazırda oxunan: Ursula von der Leyen Zelenski ilə görüşdü

151879

Ukrayna Prezidenti Vladimir Zelenski Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenlə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Ursula von der Leyen "Twitter" hesabında yazıb.

Zelenski ilə məhsuldar görüşün keçirildiyini bildirən Avropa Komissiyasının Prezidenti qeyd edib ki, görüşdə Ukraynanın Aİ-yə üzvlüyü yolunda irəliləyiş və Rusiyanın təcavüzü qarşısında Aİ-nin davamlı dəstəyi müzakirə olunub.

"Biz Ukraynanın öz taxılını dünya bazarlarına çıxarmaq və bu ölkəyə iqtisadi yardım göstərmək üçün birgə işi davam etdirəcəyik", Ursula von der Leyen əlavə edib.

Qeyd edək ki, görüş Yunanıstanda baş tutub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO