Böyük Britaniya rəsmilərinə Rusiya, İran, Çin və Şimali Koreyanı düşmən dövlətlər adlandırmaq qadağan edilib.
Bizim.Media xəbər verir ki, bu barədə ölkənin “Times” nəşri öz mənbələrinə istinadən məlumat yayıb.
Belə ki, artıq hökumət sənədlərində və öz aralarında ünsiyyət zamanı sözügedən dövlətlər haqqında “düşmən” ölkələr yox, “düşmənçi mövqeyi olan” ifadəsini işlətməlidirlər.
İddia olunur ki, “həmin dövlətlər özlüyündə düşmənçilik etmirlər, sadəcə olaraq düşmən mövqeyi sərgiləyirlər”.
Nəşr yazır ki, bu tədbir Çinlə münasibətləri yaxşılaşdırmaq üçün istifadə olunur.
Qeyd edilir ki, bu qərar dövlət qulluqçularından birinin öz sənədində “düşmən dövlət” ifadəsini işlətməsindən sonra qəbul edilib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
19:24 / 21.08.2023
Britaniyada Rusiya, İran, Çin və Şimali Koreyanı “düşmən dövlətlər” adlandırmaq QADAĞAN EDİLDİ
Hazırda oxunan: Britaniyada Rusiya, İran, Çin və Şimali Koreyanı “düşmən dövlətlər” adlandırmaq QADAĞAN EDİLDİ
Hazırda oxunan: Britaniyada Rusiya, İran, Çin və Şimali Koreyanı “düşmən dövlətlər” adlandırmaq QADAĞAN EDİLDİ
151784
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.