Ərdoğan-Putin görüşü Türkiyədə baş tutmayacaq

Ərdoğan-Putin görüşü Türkiyədə baş tutmayacaq

Hazırda oxunan: Ərdoğan-Putin görüşü Türkiyədə baş tutmayacaq

151724

"Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında Türkiyədə görüş ehtimalı azdır".

Bizim.Media xəbər verir ki, bu barədə Ankaradan anonim mənbə TASS-a danışıb.

“Hazırda deyə bilərik ki, belə bir görüşün Türkiyədə keçirilməsi mümkün deyil. Çətin ki, görüş Türkiyə torpağında baş tutsun. Səbəb və uyğun şərtlər olarsa, Ərdoğanın Rusiyaya səfər etməsi ehtimalı var. Amma hələlik bu məsələ ilə bağlı dəqiq qərar yoxdur. Bu, sadəcə bir ehtimaldır"
Eyni zamanda Türkiyə prezidentinin mətbuat xidməti xəbər verib ki, Türkiyə və Rusiya prezidentlərinin avqustda mümkün görüşü barədə konkret məlumat yoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO