Zelenski: “Biz Rusiyaya təzyiq göstərəcəyik”

Zelenski: “Biz Rusiyaya təzyiq göstərəcəyik”

Hazırda oxunan: Zelenski: “Biz Rusiyaya təzyiq göstərəcəyik”

151650

“Ukrayna əks hücumu davam etdirəcək. Silahlı qüvvələrimiz hücuma keçir və irəliləyir”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Ukrayna prezidenti Volodimir Zelenski Niderlandın baş naziri Mark Rutte ilə birgə mətbuat konfransı zamanı səsləndirib.

“Əks-hücuma gəlincə... biz irəliləyirik, düşünürəm ki, bu müsbət haldır. Kiməsə qarşı deyil, Rusiya Federasiyasına qarşı döyüşürük. Bir il əvvəl o, bizi tamamilə məhv etmək və ələ keçirmək istədi, amma alınmadı. İndi isə əks-hücumumuz var.
İstərdik ki, daha sürətlə irəli gedək. Alınan təyyarələr bu prosesi sürətləndirə bilər. Rusiya Federasiyası səmada hökmranlıq edir və biz özümüzü təyyarələrlə məhdudlaşdırmayacağıq”, - deyə dövlət başçısı bildirib.

O, həmçinin hava hücumundan müdafiənin vacibliyini qeyd edib, çünki qarşıda qışdır və ukraynalılar elektriksiz qalmağın nə olduğunu bilirlər.

Prezidentin sözlərinə görə, həll edilməli olan bir sıra vəzifələr var.

“Biz geri çəkilmək fikrində deyilik və bu, yaxşı xəbərdir. Rusiyaya təzyiq göstərəcəyik”, - deyə Zelenski vurğulayıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO