Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstanın Baş naziri Orbanın dəvəti ilə Macarıstan Dövlətinin Yaranması Gününü qeyd etmək və Dünya Atletika Çempionatı çərçivəsində keçiriləcək tədbirlərə qatılmaq üçün Budapeştə gedib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Anadolu agentliyi yayıb.
Mənbə yazır ki, Türkiyə lideri yerli vaxtla saat 13.50-də “TUR” təyyarəsi ilə Atatürk Hava Limanından Budapeştə yola düşüb.
Ərdoğanı vitse-prezident Cövdət Yılmaz, İstanbul valisi Davud Gül və digər rəsmilər yola salıblar.
Nümayəndə heyətində xarici işlər naziri Hakan Fidan, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, gənclər və idman naziri Osman Aşkın Bak, sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır, ticarət naziri Ömer Bolat, Prezident yanında kommunikasiya şöbəsinin rəhbəri Fahrettin Altun, Prezidentin Baş müşaviri səfir Akif Çağatay Kılıç və bəzi səlahiyyətlilərin adları var.
Səfər çərçivəsində Macarıstan tərəfi ilə keçiriləcək görüşlərdə ikitərəfli münasibətlərin bütün aspektlərdə müzakirə olunacağı, regional və qlobal hadisələrlə bağlı fikir mübadiləsi aparılacağı nəzərdə tutulur.
Bundan əlavə, prezident Ərdoğanın tədbirlərdə digər ölkələrin liderləri ilə ikitərəfli görüşlər keçirəcəyi gözlənilir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
17:24 / 20.08.2023
Ərdoğan Macarıstana getdi - FOTO
Hazırda oxunan: Ərdoğan Macarıstana getdi - FOTO
Hazırda oxunan: Ərdoğan Macarıstana getdi - FOTO
151615
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.