Putin Baydenin

Putin Baydenin "qatil" sözünə görə güzgüyə baxmağı məsləhət gördü - VİDEO

Hazırda oxunan: Putin Baydenin "qatil" sözünə görə güzgüyə baxmağı məsləhət gördü - VİDEO

15161

Krım ictimaiyyəti ilə telekonfrans zamanı Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Co Baydenin televiziyaya verdiyi müsahibəsi zamanı onun haqda dediyi “qatil” sözünə münasibət bildirib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “mk.ru” saytı yayıb. 

 

MÖVZU İLƏ BAĞLI:

Rusiya - ABŞ gərginliyinin Qarabağa təsirı – “Ağ Ev indiyə qədər niyə susurdu?”


“Mən onunla həqiqətən şəxsən tanışam. Ona nə deyərdim? "Sağlam olsun". Ona can sağlığı arzulayıram. Bunu ironiyasız və ciddi deyirəm”, deyə Putin bildirib.

"Başqa millətlərə qiymət verəndə, özünü onun yerinə qoymalısan. Əslində necə nəfəs aldığımızı, həyatda necə olduğumuzu başqa bir insana yönəldirik. Həyətdə belə deyirlər: "Kim səni söyürsə, onun özü belə adlanır. Və bunun dərin bir psixoloji mənası var”.

Putin ABŞ-a hindu qəbilələrinin soyqırımını, vəhşi köləlik dövrünü xatırladıb:

“Bu köləlik hələ də aradan qaldırılmayıb”. Onun fikrincə, “Black Lives Matter” hərəkatı da buna görə yaradılıb:

“Üstəlik, bu ölkə nüvə silahını istifadə edən yeganə ölkədir”.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO