Moskvaya dron hucumu: 2 aeroportda uçuşlar dayandırıldı

Moskvaya dron hucumu: 2 aeroportda uçuşlar dayandırıldı

Hazırda oxunan: Moskvaya dron hucumu: 2 aeroportda uçuşlar dayandırıldı

151551

Rusiyanın paytaxtı Moskvanın Domodedovo və Vnukovo hava limanları müvəqqəti olaraq təyyarələri qəbul etmir və göndərmir.

Bizim.Media TASS-a istinadla xəbər verir ki, bu barədə aviasiya xidmətləri məlumat yayıb.

“Vnukovo və Domodedovo təyyarələrin qəbulu və göndərilməsi üçün müvəqqəti bağlanıb”, - deyə mənbə bildirib.

Belə ki, “Flightradar” xidmətinin məlumatına görə, təyyarələr Şeremetyevoya yönləndirilib, bəzi təyyarələr Ryazan vilayətində gözləmə zonasındadır.

Qeyd edək ki, gecə cənub istiqamətində Moskvaya Ukraynaya məxsus pilotsuz uçan aparatla uçmağa cəhd edilib. Bu barədə Moskva meri Sergey Sobyanin məlumat verib.

Onun sözlərinə görə, aparat hava hücumundan müdafiə qüvvələri tərəfindən dayandırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO