Ukraynadan Türkiyəyə çağırış: “İsveçin NATO-ya üzvlüyünü dəstəkləyin”

Ukraynadan Türkiyəyə çağırış: “İsveçin NATO-ya üzvlüyünü dəstəkləyin”

Hazırda oxunan: Ukraynadan Türkiyəyə çağırış: “İsveçin NATO-ya üzvlüyünü dəstəkləyin”

151533

Prezident Volodimir Zelenski Ukraynanın İsveçin NATO-ya daxil olmasını dəstəklədiyini açıqlayıb, xüsusən də alyansın üzvü olan Türkiyə ilə danışıqlarda bu məsələni qaldırıb.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna lideri İsveçin baş naziri Ulf Kristerssonla danışıqlardan sonra mətbuat konfransında deyib.

Dövlət başçısı vurğulayıb ki, İsveç “NATO-nun xeyrinə tamamilə rasional seçim edib” və ukraynalıların seçimi də buna bənzəyir.

“Əminəm ki, dövlətlərimiz birlikdə Alyansda olacaq və təhlükəsizliyə, xüsusən də bu Baltik-Qara dəniz-Azov regionunda zəmanət verəcək”, - deyə Zelenski əlavə edib.

O qeyd edib ki, Alyansdakı bütün tərəfdaşlarla danışıqlarda “biz İsveçin NATO-ya daxil olması üçün, o cümlədən Türkiyə ilə danışıqlarda daimi dəstəyə çağırırıq”.

“Mən cənab Ərdoğanla bu yaxınlarda keçirdiyim görüşdə NATO-da İsveçin lehinə arqumentlər söylədim. Biz bu işi gələcəkdə - İsveçin NATO-ya qəbulunda davam etdirəcəyik”, - deyə Zelenski bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO