F.Rokka: «Könüllünün öldürülməsindən şoka düşdüm» 

F.Rokka: «Könüllünün öldürülməsindən şoka düşdüm» 

Hazırda oxunan: F.Rokka: «Könüllünün öldürülməsindən şoka düşdüm» 

1512

Azərbaycanın Bərdə şəhərində mülki şəxslərə yardım çatdırarkən Qızıl Ayparanın könüllüsünün öldürülməsindən şoka düşdüm və dəhşətə gəldim.

Bizim.Media xəbər verir ki, bunu Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının prezidenti Fransesko Rokka "Twitter" səhifəsində yazıb.

“Humanitar yardım çatdıranlar hədəf deyillər. Düşüncələrim onun ailəsinin yanındadır və yaxınlarına başsağlığı verirəm”.

Xatırladaq ki, dünən Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərinə endirdiyi raket zərbələri nəticəsində 21 nəfər həlak olub, 70-dək yaralı var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO