“WhatsApp”da SÜNİ İNTELLEKT funksiysı YARADILIB 

“WhatsApp”da SÜNİ İNTELLEKT funksiysı YARADILIB 

Hazırda oxunan: “WhatsApp”da SÜNİ İNTELLEKT funksiysı YARADILIB 

151034

"WhatsApp" yeni maraqlı funksiyasını işə salır. Belə ki, artıq istifadəçilər süni intellektdən istifadə edərək öz stikerlərini yarada biləcəklər.

Bizim.Media xarici mətbuata istinadən bildirir ki, yenilik mesencerin "Android" üçün "beta" versiyasında görünüb.

Yeni funksiyaya əsasən stikerlər bölməsində "Yarat" düyməsi əlavə olunub. Onu kliklədikdən sonra istifadəçi stiker üçün mətn təsviri daxil etməlidir. 

"WhatsApp" süni intellektdən istifadə edərək təsvirə uyğun stikerlər dəsti yaradacaq, bundan sonra istifadəçi istədiyi stikeri seçərək onu söhbətə göndərə biləcək.

Stikerləri alan şəxs onların süni intellektdən istifadə olunmaqla yaradıldığı barədə bildiriş alacaq.

Yeniliyin "WhatsApp"ın bütün istifadəçiləri üçün nə zaman əlçatan olacağı açıqlanmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO