ABŞ Ukraynaya daha 24,1 milyard dollar ayıracaq

ABŞ Ukraynaya daha 24,1 milyard dollar ayıracaq

Hazırda oxunan: ABŞ Ukraynaya daha 24,1 milyard dollar ayıracaq

151004

ABŞ administrasiyası Konqresin yaxın vaxtlarda Ukraynaya hərbi sahədə əlavə yardım üçün federal büdcədən vəsaitin ayrılmasını təsdiqləməyə çağırır.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken Dövlət Departamentində jurnalistlərə açıqlamasında bildirib.

O xatırladıb ki, ötən həftə ABŞ Prezidenti Co Bayden Ukraynaya, o cümlədən hərbi sahədə yardım göstərmək üçün 24,1 milyard dollar ayrılması üçün qanunvericilərə sorğu göndərib.



“Mən Konqresi bu əlavə maliyyə tələbini dərhal təsdiqləməyə çağırıram. Dövlət Departamenti Ukrayna tərəfdaşları ilə işləyir ki, bu ölkəyə uzunmüddətli perspektivdə Rusiyanı gələcək təcavüzündən çəkindirməyə və lazım gələrsə, özünü müdafiə etməyə kömək etsin”, -deyə dövlət katibi söyləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO