Danimarkanın xarici işlər naziri Quranın yandırılmasına görə üzr istədi

Danimarkanın xarici işlər naziri Quranın yandırılmasına görə üzr istədi

Hazırda oxunan: Danimarkanın xarici işlər naziri Quranın yandırılmasına görə üzr istədi

150846

Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen müsəlman ölkələrinin Kopenhagendəki diplomatik nümayəndəlikləri qarşısında Quranın yandırılması ilə bağlı insidentlərə görə üzr istəyib.

Bizim.Media xəbər verir ki, bu barədə Danimarka Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Məlumata görə, Rasmussen Əlcəzairin xarici işlər naziri Əhməd Attaf ilə telefon danışığı aparıb.

Danimarkalı nazir müsəlman ölkələrinin, o cümlədən Əlcəzairin diplomatik nümayəndəliklərinin binaları qarşısında müsəlmanlar üçün müqəddəs “Qurani-Kərim”in yandırılması ilə bağlı hadisələrdən təəssüfləndiyini bildirib.

Rasmussen Quranın yandırılmasını qəbuledilməz hadisə adlandırıb və üzr istəyib. Onun sözlərinə görə, belə hadisələr Danimarka cəmiyyətindəki tolerantlıq ənənələrinə tamamilə ziddir.

Siyasətçi, həmçinin qeyd edib ki, Danimarka hökuməti bu cür hərəkətləri qadağan edən qanun layihəsini yekunlaşdırır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO