Rusiya və İran gəmiləri sanksiyalardan yayınmaq üçün Xəzər dənizindən İSTİFADƏ EDİR 

Rusiya və İran gəmiləri sanksiyalardan yayınmaq üçün Xəzər dənizindən İSTİFADƏ EDİR 

Hazırda oxunan: Rusiya və İran gəmiləri sanksiyalardan yayınmaq üçün Xəzər dənizindən İSTİFADƏ EDİR 

150831

Rusiya və İran gəmiləri sanksiyalardan yayınaraq malların gizli çatdırılması üçün Xəzər dənizindən fəal şəkildə istifadə edirlər. Rusiya gəmiləri həmçinin avtomatik identifikasiya sisteminə (AIS) məlumat ötürülməsini dayandıraraq “qaranlıq” limanlara daxil olurlar. 

Bizim.Media UNIAN-a istinadən xəbər verir ki, bu barədə “Foreign Policy” nəşri yazıb. 

Nəşrin məlumatına görə, təkcə son üç ayda Rusiya bayrağı altında üzən gəmilərin AİS-ə məlumat ötürülməsini dayandırması ilə bağlı 600-dən çox hal müəyyən edilib ki, bu da sistemdə problemlərin yaranmasına səbəb olub. 

Nəşr qeyd edir ki, Ukraynanın işğalından əvvəl Rusiyanın İranla ticarətə ciddi ehtiyacı yox idi.

Belə ki, 2020-ci ildə Rusiya İrana təxminən 1,4 milyard dollar həcmində mal ixrac edib və təxminən 800 milyon dollar dəyərində də mal idxal edib.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO