Xəbər verdiyimiz kimi bu gün ABŞ Ukraynaya 200 milyon dollarlıq hərbi yardım paketi ayırdığını elan edib.
Bizim.Media xəbər verir ki, bu münasibətlə Ukrayna Prezidenti Volodimir Zelenski özünün “Twitter” (hazırki “X”) hesabında ABŞ Prezidenti Cozef Baydenə, ABŞ Konqresi və Amerika xalqına təşəkkür edib.
"Hava hücumundan müdafiə sistemləri, artilleriya və döyüş sursatları, mina təmizləmə sistemləri və tank əleyhinə silahlar müdafiə qüvvələrimizə güc qatacaq. Birgə qələbəmizə doğru daha bir addım!", - deyə Zelenski qeyd edib.
I thank @POTUS Joseph Biden, the U.S. Congress, and the American people for a new $200 million assistance package. Air defense missiles, artillery ammo, mine clearing systems, and anti-tank weapons will add strength to our Defense Forces. Another step toward our joint victory!
— Володимир Зеленський (@ZelenskyyUa) August 14, 2023
Bizim.Media