“Telegram”da YENİLİK: Bütün istifadəçilər üçün əlçatan funksiya

“Telegram”da YENİLİK: Bütün istifadəçilər üçün əlçatan funksiya

Hazırda oxunan: “Telegram”da YENİLİK: Bütün istifadəçilər üçün əlçatan funksiya

150805

“Telegram”ın yaranmasının 10 illiyi münasibətilə messencerin yaradıcısı Pavel Durov “Stories” paylaşma funksiyasının bütün istifadəçilər üçün aktivləşdirildiyini elan edib. 

Bizim.Media xəbər verir ki, bundan sonra “Telegram”da “Stories” paylaşımını etmək üçün Telegram Premium abunəliyinə sahib olmaq şərt olmayacaq.  

Durov bildirib ki, “Stories” paylaşımları funksiyası bütün istifadəçilər üçün tədricən istifadəyə verilir və yaxın günlərdə artıq hər kəsdə aktivləşdiriləcək.  

Qeyd edək ki, “Telegram”da “Stories” paylaşımları funksiyası keçən ay istifadəyə verilib. Lakin ondan yalnız Telegram Premium istifadəçiləri yararlana bilərlər. Adi istifadəçilər isə “Stories” paylaşımlarına baxma və onlara rəy bildirmə imkanına sahibdirlər.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO