Seyran Ohanyan Paşinyanın etdiklərini niyə təkrarlayır?

Seyran Ohanyan Paşinyanın etdiklərini niyə təkrarlayır?

Hazırda oxunan: Seyran Ohanyan Paşinyanın etdiklərini niyə təkrarlayır?

150610

Keçmiş müdafiə naziri, vaxtilə “keçilməz” müdafiə xəttinin müəllifi, indi isə Ermənistan parlamentindəki Robert Köçəryan fraksiyasının rəhbəri Seyran Ohanyan yenə boş oturmur, Azərbaycana qarşı iftira dolu bəyanatlar verir. Onun AŞPA, Avronest və digər beynəlxalq parlament strukturlarına göndərdiyi məktublarda da belə iftiralar yetərincədir.

Bizim.Media xəbər verir ki, Ohanyan məktublarında Qarabağdakı qondarma rejimin “ac” qaldığını təsvir edib. 

Xatırladaq ki, belə üsuldan artıq Paşinyan hakimiyyəti və onun funksionerləri dəfələrlə istifadə edib. Nəticəsi isə sıfırdır. Çünki Qarabağda yaşayan etnik ermənilər “blokada”ya alınmayıb. Hər gün onlarla erməni Xankəndidən Gorusa və ya əks istiqamətə gedib gəlir. 

Və burada sual yaranır: nə üçün Seyran Ohanyan birdən-birə siyasi opponentlərinin iş üslubunu və sxemini təkrar etmək qərarına gəlib?

Təbii ki, bunu Paşinyanın deputatlarını və məmurlarını dəstəkləmək üçün etmir. Ohanyan yaxşı bilir ki, İrəvanın uğursuzluqlarını səriştəsizliklə əlaqələndirirlər. O isə bundan yararlanmağa cəhd edir.

Məlumdur ki, Ermənistandakı “Qarabağ klanı” müəyyən resurslara malikdir. Vaxtaşırı bunu potensial seçiciləri önündə nümayiş etdiriblər.

Ohanyanın motivasiyası isə çox sadədir. Qarabağda yaşayan etnik ermənilər artıq başa düşüblər ki, Ağdamdan Xankəndinə gedən yol tamamlanacaq.

O zaman ideal sxem meydana gəlir: Ohanyan məktub yazır, bu marşrut üzrə paralel danışıqlar aparır. Hansısa nəticə əldə olunarsa isə bunu öz hesabına yazacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO