Urzuf qəsəbəsində atışma olub. İşğalda olan Mariupol şəhərinin qondarma “merinin” müşaviri Pyotr Andryuşşenkonun verdiyi versiyalardan birinə görə, Çeçenistan lideri Ramzan Kadırovun döyüşçüsü sərxoş olub və rusiyalı mülki şəxsləri və hərbçiləri güllələyib.
Bizim.Media xəbər verir ki, bu barədə o, sosial şəbəkədə yazıb.
"Atışmadan sonra yaralanan ən azı üç mülki şəxs haqqında məlumatımız var. Hazırda Urzufdan heç kim buraxılmır. Hələlik məlum olan budur", - deyə Andryuşşenko bildirib.
Bizim.Media