İlon Mask Zukerberqlə olacaq döyüşün yerini AÇIQLADI - FOTO 

İlon Mask Zukerberqlə olacaq döyüşün yerini AÇIQLADI - FOTO 

Hazırda oxunan: İlon Mask Zukerberqlə olacaq döyüşün yerini AÇIQLADI - FOTO 

150443

Amerikalı milyarder “Tesla”nın sahibi İlon Mask "Meta" şirkətinin rəhbəri Mark Zukerberqlə qəfəs döyüşünün harada keçiriləcəyini açıqlayıb. 

Bizim.Media xəbər verir ki, Mask özünün “Twitter” (indiki X) hesabında döyüşün Qədim Romada keçiriləcəyini bildirib. 

“Döyüş mənim fondum və Zukerberqin fondu tərəfindən keçiriləcək. Yayım X (tviter) platformasında və “Meta”da (feysbuk) olacaq. Kameraya düşən bütün kadrlar qədim Romanı əks etdirəcək, odur ki, müasir heç nə olmayacaq.
İtaliyanın Baş naziri və mədəniyyət naziri ilə danışdım. Onlar epik bir yer haqqında razılığa gəliblər. Bütün gəlir veteranlara sərf olunacaq”, - deyə milyarder qeyd edib. 

Xatırladaq ki, sosial şəbəkələrdə onların atışması fonunda bu döyüşlə bağlı şayiələr yaranmışdı.

Daha əvvəl Dana Uayt bildirmişdi ki, Mask və Zukerberq döyüşün vaxtı barədə razılığa gəliblər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO