Sədr: “ATƏT regionda davamlı sülhə töhfə vermək üçün istənilən köməyi göstərməyə hazırdır” - FOTO

Sədr: “ATƏT regionda davamlı sülhə töhfə vermək üçün istənilən köməyi göstərməyə hazırdır” - FOTO

Hazırda oxunan: Sədr: “ATƏT regionda davamlı sülhə töhfə vermək üçün istənilən köməyi göstərməyə hazırdır” - FOTO

150350

Şimali Makedoniya Respublikasının xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan XİN rəhbəri Ararat Mirzoyanla telefonla danışıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Osmani özünün “Twitter” hesabında məlumat verib.

ATƏT sədri Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə Laçın yolundakı vəziyyəti müzakirə edib: 

“Bu gün Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanla Laçın dəhlizi ətrafında gedən məsələlərə dair maraqlı danışıqlarımız oldu. ATƏT sədri kimi mən vurğuladım ki, danişıqlar prosesində humanitar mülahizələr və insanların təcili ehtiyacları üstünlük təşkil etməlidir. Həmçinin qeyd etdim ki, ATƏT regionda davamlı sülhə töhfə vermək üçün istənilən köməyi göstərməyə hazırdır”. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO