Azərbaycan KOB-larının Pakistan şirkəti ilə əməkdaşlıq imkanları müzakirə edilib

Azərbaycan KOB-larının Pakistan şirkəti ilə əməkdaşlıq imkanları müzakirə edilib

Hazırda oxunan: Azərbaycan KOB-larının Pakistan şirkəti ilə əməkdaşlıq imkanları müzakirə edilib

150345

Azərbaycanda kiçik və orta biznes (KOB) subyektlərinin Pakistanın “9D Technologies” şirkəti ilə mümkün əməkdaşlıq imkanları müzakirə edilib. 

Bizim.Media bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir. 

Məlumata görə, Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov Pakistan şirkətinin baş direktoru Abdul Salamın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə ölkəmizdə innovativ sahibkarlığın inkişafına dəstək məqsədilə KOBİA-nın startaplara, mikro və kiçik sahibkarlara göstərdiyi müxtəlif dəstək və xidmətlər barədə məlumat verilib, informasiya-kommunikasiya texnologiyaları sahəsində KOB-ların rolunun artırılması və şirkətlə əməkdaşlıq imkanları müzakirə edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO