Saakaşvilinin vəziyyəti PİSLƏŞDİ 

Saakaşvilinin vəziyyəti PİSLƏŞDİ 

Hazırda oxunan: Saakaşvilinin vəziyyəti PİSLƏŞDİ 

150279

Hazırda həbsdə olan Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin vəziyyəti pisləşməyə davam edir.

Bizim.Media bildirir ki, bu barədə məlumatı Gürcüstanın Ombudsman aparatı yayıb. 

Məlumata görə, buna səbəb onun keçirdiyi aclıq aksiyasıdır. 

Bildirilib ki, ölkə Ombudmanı tərəfindən dəvət olunan mütəxəssis qrupu Saakaşvilinin saxlanıldığı “Vivamed” klinikasının təqdim etdiyi sənədləri təhlil edib və öz qiymətləndirməsini verib.

Qeyd olunub ki, keçmiş Prezidentin qanında leykositlərin azalması aşkar edilib ki, bu da, sümük iliyində olan problemlə əlaqədar olduğu ehtimal edilir. 

Sabiq Prezidentin müalicəsinin davam etdirildiyi qeyd olunub. 

Xatırladaq ki, M. Saakaşvili 2021-ci il oktyabrın 1-i Tbilisidə saxlanıldığı gün aclıq aksiyasına başlamışdı. O, 50 günlük aksiyadan sonra Qori hərbi hospitalında reabilitasiya kursu keçmiş,

2021-ci il dekabrın 30-na keçən gecə isə 12 saylı Rustavi həbsxanasına köçürülmüşdü. Saakaşvili 2022-ci ilin mayında uzun müddət davam edən aclıq aksiyasından sonra müalicə alması üçün Tbilisidə “Vivamed” klinikasına köçürülüb.
Gürcü siyasətçi iki cinayət işi üzrə qiyabi olaraq mühakimə olunub və ümumilikdə 6 il müddətinə azadlıqdan məhrum olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO