Kim Çen In orduya ƏMR VERDİ - FOTO 

Kim Çen In orduya ƏMR VERDİ - FOTO 

Hazırda oxunan: Kim Çen In orduya ƏMR VERDİ - FOTO 

150264

Şimali Koreya lideri Kim Çen In ordunun yüksək səviyyəli generalını dəyişib və müharibə ehtimalına, silah istehsalının artırılmasına və hərbi təlimlərin genişləndirilməsinə daha çox hazırlığa çağırıb. 

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “KCNA” agentliyi məlumat yayıb. 

Bildirilib  ki, Kim Çen In bu barədə “Şimali Koreyanın düşmənlərinin qarşısını almaq üçün əks tədbirlər planları”nı müzakirə edən Mərkəzi Hərbi Komissiyanın iclasında deyib. 

Ölkə lideri, həmçinin silah istehsal potensialının genişləndirilməsini hədəfləyib. Keçən həftə o, silah fabriklərinə baş çəkib və burada daha çox raket mühərrikləri, artilleriya və digər silahların istehsal olunmasını əmr edib. O həmçinin ordunu ölkənin ən son silah və avadanlıqları ilə qüvvələrini döyüşə hazır vəziyyətdə saxlamaq üçün təlimlər keçirməyə çağırıb. 

Nəşrin yaydığı fotolarda Kimin xəritədə Seul və Cənubi Koreya paytaxtını əhatə edən ərazilərə işarə etdiyi göstərilib. 

Qeyd edək ki, Şimali Koreya sentyabrın 9-da Respublikanın yaranması gününün 75-ci ildönümü münasibətilə parad keçirməyə hazırlaşır. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO