Kuleba:

Kuleba: "Zelenski heç vaxt Putinlə danışıqlar masasına əyləşməyəcək"

Hazırda oxunan: Kuleba: "Zelenski heç vaxt Putinlə danışıqlar masasına əyləşməyəcək"

150244

"Volodimir Zelenski heç vaxt Vladimir Putinlə danışıqlar masasına əyləşməyəcək".

Bizim.Media xəbər verir ki, bu fikirləri Ukraynanın xarici işlər naziri Dmitri Kuleba səsləndirib.

Diplomatın fikrincə, məqsədə "müharibə və diplomatiyanın kombinasiyası ilə" nail olmaq olar:

"Ukraynalı generallar Rusiya qüvvələrini geri çəkilməyə sövq etməlidir, Xarici İşlər Nazirliyi isə imkan daxilində dialoqun baş tutmasına çalışmalıdır".

Ukraynanın əks hücumu uğursuz olarsa, 2023-cü ilin sonuna qədər Rusiya ilə danışıqlara dair suala cavab olaraq Kuleba danışıqlar prosesinin başqa diplomatik yollarının da olduğunu deyib.

"Ancaq biz heç vaxt Putin və Zelenskini eyni masa arxasında görməyəcəyik", - Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO