Los-Ancelesdə ermənilər yolu bağladı - TƏLƏBLƏRİ NƏDİR? - VİDEO

Los-Ancelesdə ermənilər yolu bağladı - TƏLƏBLƏRİ NƏDİR? - VİDEO

Hazırda oxunan: Los-Ancelesdə ermənilər yolu bağladı - TƏLƏBLƏRİ NƏDİR? - VİDEO

150094

ABŞ-ın Los-Anceles şəhərində ermənilər yolu bağlayıb.

Bizim.Media xəbər verir ki, bununla bağlı görüntülər Telegram kanallarında yer alıb.

Mənbə yazır ki, daha sonra onlar “Laçın yolunun dərhal açılması” tələbi ilə ermənipərəst konqresmen, ABŞ Konqresinin Nümayəndələr Palatası üzvü Adam Şiffin evinə gediblər.

Yeri gəlmişkən, Laçın yolunun bağlı olmadığını sübut edən video və fotolar mütəmadi olaraq ermənilərə məxsus internet resurslarında yayımlanır. Belə ki, Həkəri çayının üzərində aprel ayının 23-də qurulan "Laçın" sərhəd-buraxılış məntəqəsindən hər gün onlarla erməni sakin Xankəndidən Gorusa və ya əks tərəfə gedib gəlir. 

"Qarabağ və işğalda olan anklavlar Azərbaycana məxsusdur" deyən Ermənistanın baş naziri Nikol Paşinyan "blokada" və Qarabağla bağlı məsələyə çoxdan nöqtə qoyub. Sadəcə onun kağız üzərində rəsmiləşdirilməsi qalıb.
Okeanın o tayından və Avropadan Azərbaycana qarşı iftiralar yağdıran Adam Şiff kimi "siyasilər"in isə Paşinyanın açıqlamalarına qulaq asmaları daha məsləhətdir. Hətta Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova da bu mövzuya toxunaraq "Paşinyan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb. Bundan sonra  İrəvanın Moskvaya iradını başa düşmək çox çətindir" sözlərini deyib.


Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO