Ukraynalı uşaqların Basqala səfəri təşkil edilib - FOTO 

Ukraynalı uşaqların Basqala səfəri təşkil edilib - FOTO 

Hazırda oxunan: Ukraynalı uşaqların Basqala səfəri təşkil edilib - FOTO 

149886

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə ölkəmizə gətirilərək düşərgələrdə yerləşdirilən və reabilitasiya tədbirlərinə cəlb edilən ukraynalı uşaqların İsmayıllı rayonuna səfəri təşkil edilib. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, səfər çərçivəsində İştirakçılar İsmayıllı rayonunun Basqal qəsəbəsi ilə tanış olublar. 

Belə ki, Basqal tarix mədəniyyət qoruğunun əməkdaşları ukraynalı uşaqlara XVII əsrə aid Basqal hamam muzeyini, 300 ildən çox yaşı olan tarixi pir çinar ağacı, XVII-ci əsrə aid Şeyx Məhəmməd məscidi və İtaliya qəhrəmanı partizan Məmməd Bağırovun tarixi evi ilə eyni zamanda baskalın məşhur bulaqları ilə tanış ediblər. Ukraynalı qonaqlar Basqalın tarixi yerləri ilə tanışlığa görə eyni zamanda Azərbaycanda olduqlarına və sakinlərin qonaqpərvərliyinə görə çox məmnun olduqlarını dilə gətirdilər. 

Tarixi irsimizlə tanışlığın davamı olaraq ukraynalı uşaqların Qəbələ, Şəki və Şamaxıya da ekskursiyasının təşkili nəzərdə tutulur. Uşaqlara eləcə də art-terapiya və peşəkar psixoloq tərəfindən fərdi və qrup terapiyaları həyata keçiriləcək.  
Düşərgə iştirakçıları həmçinin meditasiya və yoqa məşğələləri, psixo-sosial təlimlər, ingilis dili kursları, foto çəkilişi, milli rəqslər, ustad dərslərinə cəlb ediləcəklər.  

14 günlük sosial reabilitasiya proqramı çərçivəsində uşaqların emosional vəziyyətlərinin stabilləşməsinə, eləcə də cəmiyyətə inteqrasiyalarının təmin edilməsinə dəstək göstərilir.  


Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO