Antalya Hava Limanında rekord nəticə: 1190 təyyarə, 215 min sərnişin

Antalya Hava Limanında rekord nəticə: 1190 təyyarə, 215 min sərnişin

Hazırda oxunan: Antalya Hava Limanında rekord nəticə: 1190 təyyarə, 215 min sərnişin

149738

Türkiyənin Antalya Hava Limanı həm təyyarə, həm də sərnişin axını baxımından bütün zamanlarda rekord nəticə ilə öndə olub.

Bizim.Media Anadolu agentliyinə istinadən xəbər verir ki, ötən gün hava limanında 1190 təyyarə və 214 min 919 sərnişinə xidmət göstərilib.

Hazırda turizm fəaliyyətinin davam etdiyi Antalyada hava nəqliyyatında da sıxlıq müşahidə olunur.

Antalya valisi Ersin Yazıcı sosial media hesabında dünən hava limanında olan təyyarə və sərnişinlərin sayı barədə paylaşım edib.

Bu həftə hava limanında iki rekordun qırıldığını qeyd edən E.Yazıcı 127-si daxili, 1063-ü beynəlxalq xəttə aid olmaqla 1190 təyyarənin enərək havaya qalxdığını bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO