Tbilisi meri, hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının baş katibi Kaxa Kaladze Gürcüstanın Raça yüksək dağlıq rayonunda yerləşən Şovi kurortunun avqustun 3-də baş verən sürüşmə nəticəsində tamamilə dağıldığını açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı BM.ge saytı yayıb.
“Raçada, xüsusən Şovidə baş verən faciə çox ciddidir. Birbaşa demək olar ki, Şovi yoxdur, o, tamamilə dağılıb, palçıqla doludur”, - deyə mer bildirib.
Kaladze Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına, xilasedicilərə və könüllülərə minnətdarlığını bildirib. Həmçinin qeyd edib ki, sürüşmənin yaxınlaşma zonasında fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.
“Hazırda təmizlik işləri gedir, texnika səfərbər olunub, bütün müvafiq xidmətlər yerindədir. Ümumilikdə 80-ə yaxın texnika səfərbər edilib”, - deyə Tbilisi meri vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
18:10 / 06.08.2023
Tbilisi meri: “Şovi kurortu tamamilə dağılıb”
Hazırda oxunan: Tbilisi meri: “Şovi kurortu tamamilə dağılıb”
Hazırda oxunan: Tbilisi meri: “Şovi kurortu tamamilə dağılıb”
149717
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.