Ukrayna silahlı qüvvələri “Storm Shadow” raketləri ilə Krım körpülərinə zərbə endirib.
Bizim.Media xəbər verir ki, bununla bağlı görüntülər Telegram kanallarında yer alıb.
Mənbə yazır ki, raketlər Xerson vilayətinin Geniçesk şəhərindəki Arabat üzərindəki körpüyə, eləcə də Çonqar körpüsünə düşüb.
Rusiya tərəfindən Xerson vilayətinə “qubernator” təyin edilən Vladimir Saldo deyib ki, körpülərə Fransa istehsalı olan cəmi 12 "Storm Shadow" raketi atılıb.
Bizim.Media