Rusiya Ukraynada yeni əraziləri ələ keçirəcəkmi? - Peskovdan AÇIQLAMA

Rusiya Ukraynada yeni əraziləri ələ keçirəcəkmi? - Peskovdan AÇIQLAMA

Hazırda oxunan: Rusiya Ukraynada yeni əraziləri ələ keçirəcəkmi? - Peskovdan AÇIQLAMA

149710

Rusiya ilhaq edilmiş bölgələrdən başqa, Ukraynanın heç bir regionunu ələ keçirmək niyyətində deyil.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov “The New York Times”ın müvafiq sualını cavablandırarkən danışıb.

“Yox. Biz sadəcə olaraq indi Konstitusiyamızda bizim torpaqlarımız kimi yazılmış bütün o ərazilərə nəzarət etmək istəyirik”, - o qeyd edib.

Xatırladaq ki, 2014-cü ildə Rusiyanın Konstitusiyasında regionlar siyahısına Krım, 2022-ci ildə qondarma Donetsk və Luqansk “xalq respublikaları”, həmçinin Xerson və Zaporojye vilayətləri daxil edilib.

Son iki bölgənin inzibati mərkəzləri – Xerson və Zaporojye Ukraynanın nəzarətindədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO