2,4 min ukraynalı Avropa İttifaqında müalicə alıb

2,4 min ukraynalı Avropa İttifaqında müalicə alıb

Hazırda oxunan: 2,4 min ukraynalı Avropa İttifaqında müalicə alıb

149689

Avropa İttifaqına üzv olan ölkələr 2,4 mindən çox Ukrayna vətəndaşını müalicə üçün qəbul ediblər.

Bizim.Media xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidməti məlumat yayıb.

“Avropa Mülki Müdafiə Mexanizmi vasitəsilə 2400-dən çox ukraynalı xəstə bütün Avropadakı xəstəxanalara xüsusi müalicə üçün göndərilib”, - Avropa Komissiyasının (AK) məlumatında bildirilib.

AK bu şəxslərin xəstəxanalarda nə qədər qaldığını və onların hərbi və ya mülki şəxs olub-olmadığını dəqiqləşdirmir.

Qeyd edək ki, 2022-ci ildə Avropa İttifaqı və NATO münaqişə zamanı yaralanan və müxtəlif xəstəliklərə məruz qalan Ukrayna ordusunun hərbçilərinin Avropada tibbi yardım alması və reabilitasiyadan keçməsi barədə razılığa gəlmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO