Rusiya XİN-dən Blinkenin taxıl sazişi ilə bağlı çağırışına CAVAB

Rusiya XİN-dən Blinkenin taxıl sazişi ilə bağlı çağırışına CAVAB

Hazırda oxunan: Rusiya XİN-dən Blinkenin taxıl sazişi ilə bağlı çağırışına CAVAB

149498

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ dövlət katibi Entoni Blinkenin Qara Dəniz Taxıl Təşəbbüsünü bərpa etmək çağırışına cavab verib. 

Bizim.Media xəbər verir ki, bu barədə Zaxarova həftəlik brifinq zamanı məlumat verib. 

"Bizim mövqeyimiz dəyişməz olaraq qalır. Əvvəlcə "sistemik" vəzifələrin həlli və yalnız bundan sonra Qara dəniz təşəbbüsünün mümkün reanimasiyası ola bilər", - deyə Zaxarova qeyd edib. 

Qeyd edək ki, bu cür vəzifələr Rosselxozbank-ın SWIFT-ə yenidən qoşulmasını, ehtiyat hissələrinin tədarükünü bərpa etməyi, nəqliyyat logistikasının və sığortanın qurulmasını, Rusiya şirkətlərinin xarici aktivlərə çıxışını bərpa etməyi nəzərdə tutur. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO