Rusiya Müdafiə Nazirliyi Türkiyənin hərbi texnikasının Suriyanın Rakka əyalətinə yeridilməsindən narahatçılığını dilə gətirib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “dw.com” saytı yayıb.
Daha əvvəl rəsmi Ankara məlumat vermişdi ki, Suriyanın şimalında nəzarətində olan əraziyə raket hücumu həyata keçirilib.
Rusiyanın Suriyadakı Döyüşən Tərəflərin Barışıq Mərkəzindən verilən məlumata görə, Türkiyə Suriyanın Rakka vilayətinin Ain İsa kəndi ərazisinə hərbi texnika yerləşdirib və burada güclü istehkam işləri aparır.
Bu barədə dünən Rusiya Federasiyası Müdafiə Nazirliyinin saytında yayımlanan mesajda deyilir:
"Rusiya tərəfi Türk silahlı qüvvələrinin bölgəyə hərbi texnika göndərməsindən və istehkam işləri aparmasından son dərəcə məyusluğunu bildirib”.
Rəsmi Moskva hesab edir ki, Türkiyənin bu hərəkətləri Anlaşma Memorandumu ilə müəyyən edilmiş status-kvonu pozur və Suriya münaqişəsinin həllində hər iki tərəfin səylərini alt-üst edir.
Bir gün əvvəl Ankara Suriyanın şimalında Türkiyənin nəzarətindəki ərazilərin raket atəşinə tutulduğu barədə məlumat yaymışdı.
Türkiyə Müdafiə Nazirliyinə görə, raketlər Kvayres hərbi hava limanından mülki obyektlərə və həmçinin mazut tankerinə atılıb. Nəticədə mülki şəxslər yaralanıb. Ankaradakı səlahiyyətlilər insidentlə bağlı Rusiya hökuməti ilə təmasa keçiblər və tələb ediblər ki, Dəməşqin nəzarətindəki ərazilərdən raket atılmasın.
Bizim.Media
1- Suriye'de Rejim kontrolünde bulunan Halep’teki Kuveyris Havaalanı’dan ateşlenen ÇNRA ve balistik füzeler, kuzeydeki Cerablus ve El Bab ilçelerindeki sivil yerleşim yerleri ile akaryakıt tankerlerinin park noktalarını hedef almıştır. Sivil yaralılar bulunmaktadır. pic.twitter.com/KT8mzk1BCo
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) March 14, 2021