Ərdoğanla Putin arasında telefon danışığının DETALLARI 

Ərdoğanla Putin arasında telefon danışığının DETALLARI 

Hazırda oxunan: Ərdoğanla Putin arasında telefon danışığının DETALLARI 

149148

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb. 

Görüş zamanı iki lider Putinin Türkiyəyə səfəri ilə bağlı razılığa gəliblər. Ərdoğan Rusiyanın Türkiyədəki meşə yanğınları ilə mübarizə üçün göndərdiyi 2 amfibiya yanğınsöndürmə təyyarəsinə görə həmkarına təşəkkür edib. O, rusiyalı turistlərin Türkiyəyə artan marağından məmnunluğunu ifadə edib və bu il birgə səylər nəticəsində turizmdə rekord qırılacağına inandığını bildirib. 

Türkiyə lideri Rusiya-Ukrayna müharibəsində gərginliyi artıracaq addımların atılmamasının lazım olduğunu ifadə edib və Qara dəniz təşəbbüsünün əhəmiyyətini vurğulayıb. O, Qara Dəniz Təşəbbüsünün uzun müddət dayandırılmasının heç kimə fayda verməyəcəyini, ən çox taxıla ehtiyacı olan və aşağı gəlirli ölkələrin zərər görəcəyini söyləyib. 
Ərdoğan qeyd edib ki, Türkiyə Qara Dəniz Təşəbbüsünün davam etdirilməsi üçün intensiv səylər və diplomatiya həyata keçirməyə davam edəcək.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO